Modern.az

Gürcüstanda 7 azərbaycanlı öldü - YENİLƏNİB

Gürcüstanda 7 azərbaycanlı öldü - YENİLƏNİB

Diaspor

Bu gün, 12:12

Qardabanidə baş verən yol qəzasında ölənlərin sayı yeddi nəfərə çatıb, daha bir nəfər yaralanıb və vəziyyəti ağırdır.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, qəza bu gün Qardabani rayonunun Birlik kəndində baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə, yəni ölümlə nəticələnən təhlükəsizlik və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı araşdırma başlanıb.

Məlumata görə, nəqliyyat vasitəsində səkkiz nəfər olub.

 

***

12:10

Gürcüstanın Qardabani rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Modern.az  Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında Qardabaninin Birlik kəndində qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkət edən “BMW” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində 5 nəfər həyatını itirib, daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həlak olanların və yaralının Qardabani rayonu sakinləri olduğu bildirilir.

Hadisənin təfərrüatlarının araşdırıldığı qeyd olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?