Modern.az

Tramp İrana görə milli təhlükəsizlik iclası çağırdı

Tramp İrana görə milli təhlükəsizlik iclası çağırdı

Dünya

Bu gün, 09:02

ABŞ Prezidenti Donald Tramp artıq bu həftə milli təhlükəsizlik komandası ilə İran əleyhinə hərbi əməliyyatları müzakirə etmək üçün görüşəcək.

Modern.az xəbər verir ki, "Axios"un məlumatına görə, bu planlar diplomatik səylərin uğursuz olması fonunda gündəmə gəlib.

Amerikalı rəsmilərin sözlərinə görə, Tramp müharibəni dayandıracaq bir razılaşma əldə etmək istəyir. Lakin İranın onun bir çox tələblərini rədd etməsi və Tehranın nüvə proqramı ilə bağlı ciddi güzəştlərə getmək istəməməsi hərbi variantı yenidən gündəmə gətirib.

“Gözlənilir ki, çərşənbə axşamı Tramp hərbi əməliyyat variantlarını müzakirə etmək üçün əsas milli təhlükəsizlik komandasını Situation Room-da toplayacaq”, - deyə iki amerikalı məmur "Axios"a bildirib.

Digər bir mənbə isə deyib ki, şənbə günü Tramp Virciniyadakı qolf klubunda milli təhlükəsizlik komandası üzvləri ilə İran məsələsini müzakirə etmək üçün görüş keçirib.

Bu görüşdə vitse-prezident Cey Di Vens, xüsusi nümayəndə Stiv Uitkoff, ABŞ dövlət katibi Marko Rubio və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff iştirak ediblər.

Bundan əlavə, "Axios" yazır ki, bazar günü Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə də telefon danışığı aparıb. Bu söhbət də İran ətrafındakı vəziyyətlə bağlı olub.

Məlumata görə, Tramp İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək qərarına gələrsə, Pentaqon bir neçə zərbə planı hazırlayıb. Hədəflər siyahısına İranın enerji obyektləri və infrastrukturu daxildir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?