ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə İranla bağlı mümkün gələcək addımları müzakirə edib.
Modern.az CNN-ə istinadən xəbər verir ki, görüş ABŞ liderinin Virciniya ştatındakı qolf klubunda keçirilib. Görüşdə Vitse-prezident Cey Di Vens, Dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklif və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak edib.
Telekanalın məlumatına görə, Pentaqon ABŞ Prezidentinin İrana qarşı hərbi əməliyyatların bərpasına qərar verəcəyi halda, bir neçə mümkün zərbə planı hazırlayıb.
Ağ Ev rəhbərinin yaxın günlərdə öz komandası ilə daha bir görüş keçirməsi gözlənilir.
Bildirir ki, potensial hədəflər siyahısına İranın enerji obyektləri və mühüm infrastruktur qurğuları daxildir.