Modern.az

Küveytdəki raket hücumunda ABŞ hərbçiləri xəsarət aldı

Küveytdəki raket hücumunda ABŞ hərbçiləri xəsarət aldı

Dünya

31 May 2026, 22:22

Küveytdə yerləşən aviabazaya endirilən ballistik raket zərbəsi nəticəsində ən azı dörd ABŞ hərbçisi və Pentaqonun üç müqaviləli əməkdaşı yüngül xəsarətlər alıb.

Modern.az xəbər verir ki, bu barədə CBS News telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, yaralananların hamısı hücumdan sonra 24 saat ərzində yenidən xidmətə qayıdıb.

Telekanalın məlumatında bildirilir ki, söhbət İran tərəfindən atıldığı iddia edilən ballistik raketdən gedir.

Hadisə ilə bağlı tərəflərdən əlavə rəsmi açıqlamalar gözlənilir.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!