İran ABŞ və İsrailin hücumlarından sonra yeraltı raket bazalarının böyük hissəsinə çıxışı yenidən təmin edib.
Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ və İsrailin zərbələrinə məruz qalan 18 yeraltı raket bazasında yerləşən 69 tunel girişindən 50-si artıq yenidən açılıb.
CNN-in araşdırmasına əsasən, İran təkcə tunellərin girişlərini deyil, həm də hərbi obyektlərdən istifadənin qarşısını almaq məqsədilə bombalanmış digər infrastrukturu, o cümlədən yolları da bərpa edib.
Telekanalın peyk görüntülərinə istinadən verdiyi məlumata görə, zərbələr nəticəsində yaranmış çuxurların demək olar ki, hamısı doldurulub, onların bir hissəsi isə yenidən asfaltlanıb.
Nəşr qeyd edir ki, görülən işlər İranın hücumlardan sonra hərbi infrastrukturunun fəaliyyətini bərpa etmək istiqamətində atdığı addımların bir hissəsidir.