Modern.az

SEPAH ABŞ bazasını vurdu

SEPAH ABŞ bazasını vurdu

Dünya

1 İyun 2026, 09:06

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) əvvəllər İranın Sirik adasındakı hədəflərə zərbələr endirmək üçün istifadə edilən ABŞ hərbi bazasını vurub.

Modern.az xəbər verir ki, SEPAH-ın 1 iyun tarixli bəyanatı İranın dövlət televiziyası IRIB tərəfindən yayımlanıb.

Bəyanatda deyilir: "Bir saat əvvəl ABŞ ordusunun Hörmüzqan əyalətində yerləşən Sirik adasına təcavüzündən sonra SEPAH Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri təcavüzün başladığı aviabazaya zərbə endirib və nəzərdə tutulan hədəflər məhv edilib".

Qeyd olunub ki, İran ərazisinə zərbələr təkrarlanarsa, cavab "tamamilə fərqli" olacaq və məsuliyyət ABŞ-ın üzərinə düşəcək.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl ABŞ-ın İrandakı hədəflərə zərbələr endirdiyini bildirmişdi. Qeyd olunmuşdu ki, Amerika qırıcı təyyarələrinin zərbəsi nəticəsində İranın hava hücumundan müdafiə sistemləri, yerüstü idarəetmə mərkəzi və iki hücum pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...