Modern.az

İsrail: Şimalda sakitlik yoxdursa, Beyrutda da olmayacaq

İsrail: Şimalda sakitlik yoxdursa, Beyrutda da olmayacaq

Dünya

1 İyun 2026, 14:51

İsrail müdafiə naziri İsrael Katz ölkənin şimalındakı təhlükəsizlik vəziyyəti ilə Beyrutdakı sabitlik arasında birbaşa əlaqə olduğunu bildirib.

Modern.az xəbər verir ki, nazir açıqlamasında Beyrutun Dahiyə bölgəsinin statusunu İsrailin şimal icmaları ilə müqayisə edib.

“Beyrutdakı Dahiyənin statusu İsrailin şimalındakı icmaların statusu ilə eynidir. Əgər şimalda sakitlik olmayacaqsa, Beyrutda da sakitlik olmayacaq”, – deyə İsrael Kats bildirib.

Nazirin açıqlaması regionda təhlükəsizlik vəziyyəti və İsrail-Livan gərginliyinin davam etdiyi bir dövrdə səsləndirilib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!