Türkiyənin Düzcə vilayətinin Akçakoca rayonunda bələdiyyə rəhbərliyi CHP-dən (Cümhuriyyət Xalq Partiyası) AK Partiyaya (Ədalət və İnkişaf Partiyası) keçib.
Modern.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Belə ki, bələdiyyədə keçirilən səsəvermənin nəticələrinə əsasən, AK Partiyanın namizədi Alev Ünal qalib gəlib. Bələdiyyə sədrinin müavini seçilən Ünal ümumi 19 səsdən 9-nu toplayıb. Onun rəqibi, CHP-nin namizədi Naim Tok isə səsvermədə cəmi 5 səs qazana bilib. 1 səs isə etibarsız sayılıb.
Xatırladaq ki, Akçakoca rayonunun CHP-dən olan bələdiyyə sədri Fikret Albayrak korrupsiya araşdırması çərçivəsində həbs olunaraq vəzifəsindən uzaqlaşdırılmışdı. Bununla əlaqədar bələdiyyə məclisində yeni rəhbərin seçilməsi üçün səsvermə keçirilib.
Töhfə Səməd