Modern.az

Rusiyanın gecə hücumları: Kiyev və Dneprdə ölənlərin sayı artır

Rusiyanın gecə hücumları: Kiyev və Dneprdə ölənlərin sayı artır

Dünya

Bu gün, 10:02

Rusiyanın iyunun 2-nə keçən gecə Ukraynanın bir sıra şəhərlərinə həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları ilə hücumlar nəticəsində ölən və yaralananların sayı artıb.

Modern.az xəbər verir ki, Ukrayna paytaxtı Kiyevdə gecə hücumları nəticəsində 4 nəfər həyatını itirib, 58 nəfər yaralanıb. Yaralılar arasında uşaqların da olduğu bildirilir.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, şəhərdə bir sıra yaşayış və mülki obyektlərə ziyan dəyib.

Bununla yanaşı, Rusiyanın Dnepr şəhəri və ətraf ərazilərə raket və dronlarla endirdiyi zərbələr nəticəsində azı 6 nəfər ölüb, 36 nəfər yaralanıb.

Dnepropetrovsk vilayət rəhbəri Oleksandr Hanja bildirib ki, yaralananların hamısı xəstəxanaya yerləşdirilib və onların vəziyyəti orta ağır qiymətləndirilir.

Yayılan görüntülərdə dağıdılmış yaşayış binaları, yanaraq yararsız hala düşmüş avtomobillər və zərər görmüş uşaq meydançaları əks olunub.

Xarkov şəhəri və vilayətin Barvinkove, Donetsk, Merefa və Vısoke icmalarına edilən hücumlar nəticəsində isə 14 nəfər xəsarət alıb. Yaralılar arasında bir uşaq da var.

Hücumlar nəticəsində yaşayış evləri, təsərrüfat tikililəri, qarajlar və digər mülki obyektlərdə yanğınlar baş verib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV