Modern.az

Süni intellekt ona tələbatı kəskin artırıb

Süni intellekt ona tələbatı kəskin artırıb

Dünya

Bu gün, 12:29

Çində laboratoriya şəraitində yetişdirilən almazlara tələbat sürətlə artır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun əsas səbəbi isə süni intellekt texnologiyalarının inkişafı fonunda yüksək məhsuldarlıqlı çiplərin soyudulmasına artan ehtiyacdır.

Qeyd edilir ki, müasir süni intellekt çipləri işləmə zamanı böyük həcmdə istilik yaradır. Hesablama gücü artdıqca, onların effektiv soyudulması da daha mürəkkəb məsələyə çevrilir. Bu səbəbdən almaz texnologiya sektorunda yeni nəsil material kimi diqqət mərkəzinə düşüb.

Mütəxəssislər bildirirlər ki, almazın istilikkeçirmə qabiliyyəti mis və alüminiumla müqayisədə xeyli yüksəkdir. Buna görə də sintetik almazlardan qabaqcıl çiplərin soyudulması üçün istilikötürücü komponentlər kimi istifadə olunmağa başlanılıb.

Bazar iştirakçıları da bu tendensiyaya sürətlə reaksiya veriblər. Belə ki, Çin istehsalçılarından "Zhecheng Huifeng Diamond" şirkətinin səhmləri son bir həftədə 51 faiz, SF Diamond şirkətinin səhmləri isə 40 faiz artıb.

Eyni zamanda, bir neçə Çin istehsalçısı müştərilər arasında uğurlu sınaqlardan sonra bu komponentlərin kommersiya tədarükünə başladıqlarını açıqlayıb.

Ekspertlər hesab edirlər ki, süni intellekt texnologiyalarının və məlumat mərkəzlərinin genişlənməsi fonunda almaz əsaslı soyutma texnologiyalarına tələbat artmağa davam edəcək və bu, texnologiya sənayesində yeni perspektivli bazar seqmenti formalaşdıracaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV