Modern.az

Trampın qızı ilə kürəkəni özəl ada yaradır

Trampın qızı ilə kürəkəni özəl ada yaradır

Dünya

Bu gün, 12:27

ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və həyat yoldaşı Cared Kuşner Aralıq dənizində yerləşən böyük özəl ada layihəsinə başladıqlarını açıqlayıblar.

Modern.az xarici mediaya istinadən məlumat verir ki, sahəsi 1400 hektar olan ada hazırda elektrik təchizatı ilə təmin olunmayıb və bütün infrastruktur sıfırdan qurulacaq.

İvanka Tramp bildirib ki, layihənin həyata keçirilməsi üçün dünyanın ən tanınmış müasir memarları ilə əməkdaşlıq ediləcək. Məqsəd adada müasir memarlıq və innovativ həllərə əsaslanan unikal yaşayış və istirahət məkanı yaratmaqdır.

Qeyd edək ki, layihənin dəyəri və tikinti müddəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV