Modern.az

Tramp Türkiyəyə səfər edəcək

Tramp Türkiyəyə səfər edəcək

Dünya

Bu gün, 18:25

ABŞ Prezidenti Donald Tramp iyulun əvvəlində Ankarada keçiriləcək NATO sammitində iştirak etmək niyyətindədir.

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Bloomberg"ə müsahibəsində bildirib.

H. Fidan ABŞ Prezidentinin NATO-nun Ankara sammitində iştirakı ilə bağlı suala cavabında deyib: "Bildiyimiz qədərilə, bəli, iştirak etməyi planlaşdırır".

XİN rəhbəri diqqətə çatdırıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ay D. Trampla bir neçə dəfə telefonla danışıb və ABŞ lideri hər dəfə sammitə qatılacağını qeyd edib.

"ABŞ müttəfiqlərinə müdafiə xərclərini artırmaq və öz təhlükəsizlikləri üçün daha böyük məsuliyyət daşımaq barədə davamlı təzyiq göstərir. Avropalılar bu mesajı alıblar, artıq NATO daxilində müdafiə büdcələrini artırmaq üçün addımlar atıblar. Liderlər bir araya gəldikdə əldə olunmuş irəliləyişi nəzərdən keçirəcəyik", - Fidan əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin ŞƏRT QOYDU - Paşinyan bunu rədd etdi - Gündəm Masada - Media Turk TV