Modern.az

Peterburqdakı neft terminalı vuruldu

Peterburqdakı neft terminalı vuruldu

Dünya

Bu gün, 12:44

Ukrayna Müdafiə Qüvvələri ötən gecə Rusiya ərazisində yerləşən bir sıra mühüm strateji və hərbi obyektlərə zərbələr endirib. Hücuma məruz qalan məkanlar arasında Sankt-Peterburq neft terminalı, Kronştadt bazasındakı hərbi obyektlər və Tambov vilayətində yerləşən müdafiə sənayesi müəssisəsi var.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat yayıb.

Ukrayna dövlət başçısının sözlərinə görə, hücumun əsas hədəflərindən biri Rusiyanın şimal-qərbinin ən böyük neft emalı komplekslərindən sayılan "Sankt-Peterburq neft terminalı" ASC olub. Məlumata görə, dronların bu terminala hücumu nəticəsində ərazidə güclü yanğın başlayıb.

Əməliyyat zamanı həmçinin Kronştadt bazasındakı hərbi obyektlər və cəbhə xəttindən təxminən 600 kilometr məsafədə yerləşən, Rusiyanın silah istehsalı ilə məşğul olan Tambov vilayətindəki müəssisəsi də hədəfə alınıb.

 

Töhfə Səməd

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran BOMBARDMAN edilir! - ABŞ hərəkətə keçdi