Modern.az

Tramp Xamenei ilə görüşmək istəyir: "Bu, maraqlı olar"

Tramp Xamenei ilə görüşmək istəyir: "Bu, maraqlı olar"

Dünya

Bu gün, 14:54

ABŞ Prezidenti Donal Tramp çərşənbə günü "Pod Force One" verilişinə verdiyi müsahibədə İranın Ali Lideri Müctəba Xamenei ilə görüşmək istədiyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə “Nyu-York Post” məlumat yayıb.

56 yaşlı Müctəba Xamenei 28 fevralda ABŞ-İsrail koalisiyasının hava hücumları nəticəsində yaralanandan sonra ictimaiyyət qarşısında görünməyib. Bu hücumda onun atası, İranın keçmiş Ali Lideri Əli Xamenei və digər ailə üzvləri həlak olublar.

Tramp deyib ki, Müctəba Xamenei dolayısı ilə ABŞ-la aparılan danışqılarda iştirak edir.

"Bəli, düşünürəm ki, İranda ona çox hörmət edirlər", - deyə Tramp oğul Xamenei haqqında bildirib.

Onun sözlərinə görə, Müctəba Xameneinin gizlədilməsi sülh danışıqlarının günlərlə davam edən poçt göndərişləri prosesi ilə uzanmasına səbəb olub.

“Mən onunla hələ görüşmək şərəfinə nail olmamışam... Əgər hekayələrə inanırsınızsa, o, bir çox fərqli məqamları qaçırır”, - deyə Tramp jurnalist Miranda Devinlə söhbətində bildirib.

“Deyirlər ki, qəbul edilən qərarlara dair son təsdiqi o verir, çünki bu, İranda çox uzun müddətdir belə olub. Əvvəl atası, indi isə o - güman edirəm ki, bu, hakimiyyətin varislik yolu ilə ötürülməsidir. Amma görünür ki, biz İranla kifayət qədər yaxşı münasibətlər qururuq”.

Mümkün görüşlə bağlı suala cavab verən Donald Trump bununmaraqlı ola biləcəyini deyib:

"Bəli, onunla görüşmək istərdim. Hamı ilə görüşmək istərdim. Onunla görüşmək istərdim və hər şeyin necə olacağından asılı olaraq, yəqin ki, nə vaxtsa görüşəcəyik”.

“Nyu-York Post” yazır ki, Tramp qeyri-ənənəvi yanaşma nümayiş etdirərək ABŞ-ın rəqibi hesab olunan ölkələrin liderləri ilə birbaşa və üzbəüz təmasları dəstəkləyir. O hesab edir ki, diplomatik ənənələri pozan bu cür yanaşma şəxsi münasibətlərin qurulmasına kömək edə və nəticədə ölkənin təhlükəsizliyini artıra bilər.

ABŞ ilə İran arasında imzalanacaq anlaşma memorandumu artıq bu həftə ərzində Hörmüz boğazının yenidən açılmasına səbəb ola bilər ki, bu da benzin qiymətlərinin və inflyasiyanın yüksəlməsinə yol açan enerji təchizatı problemlərini yüngülləşdirər.

Lakin bu prosesdə bir neçə dəfə uğursuz başlanğıclar olub. Buna qismən İranın mövqeyini dəyişməsi ilə bağlı iddialar, həmçinin ölkənin Ali Rəhbəri Müctəba Xameneiyə qarşı mümkün sui-qəsd riskindən yayınmaq məqsədilə istifadə etdiyi, günlərlə davam edən kuryer rabitə sistemi səbəb olub.

Donald Trump isə bildirib ki, bu məsələdə tələsmir.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var