Modern.az

Tramp Netanyahuya əsəbiləşdiyini təsdiqlədi

Tramp Netanyahuya əsəbiləşdiyini təsdiqlədi

Dünya

Bu gün, 15:45

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı ona qarşı sərt ifadələr işlətdiyini təsdiqləyib.

Modern.az xəbər verir ki, Donald Tramp bu barədə "Pod Force One" podkastına müsahibəsində danışıb.

ABŞ lideri Netanyahu ilə söhbət zamanı onun Livana qarşı hərbi əməliyyatları davam etdirməsindən narahatlığını ifadə etdiyini bildirib.

"Onun Livanla davamlı müharibə aparmasından narahat idim", - D.Tramp deyib.

Məlumata görə, İsrailin "Hizbullah"a qarşı əməliyyatları Vaşinqton və Tehran arasında aparılan danışıqlara mənfi təsir göstərir. İran tərəfi Hörmüz boğazının yenidən açılması və nüvə proqramı ilə bağlı mümkün razılaşmadan əvvəl İsrailin hücumlarının dayandırılmasını tələb edir.

Bununla yanaşı, Donald Tramp Netanyahu ilə münasibətlərinin yaxşı olduğunu da vurğulayıb:

"Biz çox yaxşı əməkdaşlıq etmişik. Mən Bibini çox sevirəm və onunla yaxşı işləyirəm", - deyə ABŞ Prezidenti qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var