Modern.az

Küveytə raket hücumunda 60-dan çox yaralı var

Küveytə raket hücumunda 60-dan çox yaralı var

Dünya

Bu gün, 15:59

İranın Küveyt Beynəlxalq Hava Limanına endirdiyi raket və dron zərbələri nəticəsində azı 63 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Küveytin Səhiyyə Nazirliyi sosial şəbəkə hesablarında məlumat yayıb. 

Nazirliyin açıqlamasına görə, xəsarət alanlar arasında sərnişinlər və hava limanının əməkdaşları da var. Yaralılara lazımi tibbi yardım göstərilir.

Bundan əvvəl Küveytin Mülki Aviasiya Baş İdarəsi hava limanının sərnişin terminalının İran raketləri və pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını açıqlamışdı.

Küveyt Xarici İşlər Nazirliyi isə hadisə nəticəsində bir nəfərin həlak olduğunu, həmçinin hava limanına ciddi maddi ziyan dəydiyini bildirib.

Hücumdan sonra ölkədə bütün mülki aviareyslərin fəaliyyəti dayandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var