Modern.az

Paşinyan seçkilərdən sonra Rusiyaya gedəcək

Paşinyan seçkilərdən sonra Rusiyaya gedəcək

Dünya

Bu gün, 16:29

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra Rusiyaya səfər edəcəyini bildirib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Paşinyan bu barədə Geğarkunik vilayətində seçicilərlə görüşü zamanı danışıb.

O bildirib ki, iyunun 1-də Rusiya Prezidenti Vladimir Putin ona zəng edərək ad günü münasibətilə təbrik edib.

“Lakin söhbət təkcə təbriklərlə məhdudlaşmadı. Biz işgüzar müzakirə apardıq və razılaşdıq ki, seçkilərdən sonra görüşəcəyik, bütün cari məsələləri müzakirə edib həll edəcəyik”, - Paşinyan deyib.

Ermənistanın baş naziri həmçinin qeyd edib ki, ölkəsinin hər zaman seçim imkanına malik olması onun əsas hədəflərindən biridir.

Xatırladaq ki, Putin və Paşinyan iyunun 1-də telefon danışığı zamanı mayın 29-da Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasının nəticələrini müzakirə ediblər.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, tərəflər ikitərəfli və çoxtərəfli gündəlikdə yer alan məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Paşinyan bir sıra məsələlərdə balanslı mövqeyinə və dəstəyinə görə Putinə təşəkkür edib. Tərəflər yaxın vaxtlarda görüş formatında müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var