Türkiyəli tanınmış fenomen Dilan Polat ailəsi ilə birlikdə İzmirin Alaçatı bölgəsində tətildə olarkən silahlı hücuma məruz qalıb.
Modern.az xəbər verir ki, hadisə yerindən dərhal canlı yayım açan Dilan Polat həyat yoldaşı Engin Polatın həm əmisi oğlu, həm də cangüdəni olan Can Polatın vurulduğunu deyib.
Sosial mediada yayılan məlumatlara görə, ağır yaralanan Can Polat xəstəxanaya çatdırılaraq əməliyyata alınıb. Hücumu reallaşdıran şəxsin isə 20 yaşlarında bir gənc olduğu iddia edilir. Faktla bağlı araşdırma başlanılıb.
Xatırladaq ki, Dilan və Engin Polat cütlüyü 2023-cü ildə çirkli pulların yuyulması ittihamı ilə həbs olunmuş, bir neçə ay həbsxanada qaldıqdan sonra sərbəst buraxılmışdılar.
Töhfə Səməd