Türkiyənin Bolu şəhərinin vəzifədən uzaqlaşdırılan bələdiyyə sədri Tanju Özcan da daxil olmaqla, 19 müttəhim barəsindəki ittihamnamə məhkəmə tərəfindən qəbul edilib.
Modern.az xəbər verir ki, Bolu 3-cü Ağır Cəza Məhkəməsinin qəbul etdiyi 178 səhifəlik sənəddə keçmiş bələdiyyə sədrinin rüşvət, dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə ümumilikdə 90 il 3 aydan 263 il 6 aya qədər azadlıqdan məhrum edilməsi istənilir.
Ümumilikdə 41 zərərçəkmişin olduğu cinayət işi üzrə ilk məhkəmə prosesi iyulun 6-da keçiriləcək.
Töhfə Səməd