ABŞ prezidenti Donald Tramp 3 iyunda bildirib ki, əgər vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkilərində birlikdə iştirak etmək barədə qərar versələr, onları məğlub etmək çətin olacaq.
Modern.az Reuters-ə istinadən xəbər verir ki, Tramp deyib:
"Düşünürəm ki, Cey Di Vens və Marko Rubio komanda kimi çox güclü olardılar və onları məğlub etmək çox çətin olardı. Bu maraqlı bir insan məsələsidir, insan tənliyidir. Mən onları birlikdə izləyirəm, çox yaxşı yola gedirlər”.
Hər iki şəxs Respublikaçılar Partiyasından 2028-ci il seçkilərində namizəd ola biləcək potensial fiqurlar sayılır. Rubionun 2 iyunda Konqresdəki çıxışı isə respublikaçılar və hətta bəzi demokratlar tərəfindən yüksək qiymətləndirilib.
Tramp zaman-zaman 2028-ci ildə hakimiyyətin mümkün varisliyi barədə danışsa da, Vens və Rubio seçki kampaniyasına hazırlaşdıqlarını inkar edirlər.