Modern.az

Küveyt İrana bağlı qərar verdi

Küveyt İrana bağlı qərar verdi

Dünya

Bu gün, 17:50

Küveyt hakimiyyəti beynəlxalq hava limanına edilən hücumla əlaqədar İran səfirliyinin əməkdaşlarının sayının azaldılması və iki iranlı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Məlumata görə, Küveyt xarici işlər nazirinin müavini İranın ölkədəki müvəqqəti işlər vəkilini XİN-ə çağıraraq ona rəsmi etiraz notası təqdim edib.

Sənəddə İran səfirliyinin əməkdaşlarının sayının azaldılması və iki diplomatın “persona non grata” elan edilməsi barədə qərarın yer aldığı qeyd olunub. Həmin diplomatlara 24 saat ərzində Küveyt ərazisini tərk etmək göstərişi verilib.

Küveyt XİN-dən bildirilib ki, bu addım mülki obyektlərə, o cümlədən beynəlxalq hava limanına ballistik raketlər və pilotsuz uçuş aparatları ilə endirilən zərbələrə cavab olaraq atılıb. Hücum nəticəsində bir nəfər həlak olub, onlarla insan yaralanıb.

Bundan əvvəl Küveyt Mülki Aviasiya Baş İdarəsi beynəlxalq hava limanının T1 sərnişin terminalının İrandan buraxılan raket və pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını açıqlamışdı.

Küveyt Xarici İşlər Nazirliyinin məlumatına əsasən, zərbə nəticəsində bir nəfər ölüb, həmçinin ciddi maddi ziyan dəyib. Daha sonra Hindistan Xarici İşlər Nazirliyi həlak olan şəxsin Hindistan vətəndaşı olduğunu bildirib.

Küveyt Səhiyyə Nazirliyinin məlumatına görə, hava limanının əməkdaşları və sərnişinlər də daxil olmaqla azı 63 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var