Modern.az

NATO Rusiya ilə sərhədinə qoşun toplayır

NATO Rusiya ilə sərhədinə qoşun toplayır

Dünya

3 İyun 2026, 17:52

Rusiya PUA-sının Rumıniyada yaşayış binasına düşməsi səbəbindən müttəfiq ölkələr NATO-nun şərq sərhədlərində hava müdafiəsini gücləndirirlər.

Modern.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana Toiu məlumat verib.

Nazirin sözlərinə görə, müttəfiqlər hazırda Rumıniyanın Ukrayna ilə olan 650 kilometrlik sərhədi boyunca mövcud hava hücumundan müdafiə sistemlərini necə tamamlamağı nəzərdən keçirirlər.

Nazirin sözlərinə görə, Fransa radar və hava nəzarəti, Britaniya, İtaliya və İspaniya isə hava müdafiəsi sahəsində dəstəyi artırır. ABŞ-nin isə geniş qoşun yerləşdirmədən, yalnız xüsusi radar və müşahidə imkanları təmin edəcəyi gözlənilir.

Töhfə Səməd

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV