Modern.az

Egeydə gərginlik artır: Yunanıstan donanmasını gücləndirir

Egeydə gərginlik artır: Yunanıstan donanmasını gücləndirir

Dünya

Bu gün, 08:58

Yunanıstan Hərbi Dəniz Qüvvələrinin imkanlarının artırılması istiqamətində növbəti addım atılıb.

Modern.az xəbər verir ki, Yunanıstan parlamentinin aidiyyəti komitəsi Kanadanın Geospectrum Technologies şirkətindən dörd ədəd M660 hidroakustik sisteminin alınmasına razılıq verib.

Məlumata əsasən, 24 milyon avro dəyərində olan müqavilə çərçivəsində əldə ediləcək avadanlıqlar Yunanıstan Hərbi Dəniz Qüvvələrinin arsenalında yer alan MEKO tipli freqatların modernləşdirilməsi məqsədilə istifadə olunacaq.

Yeni hidroakustik sistemlər sualtı hədəflərin aşkarlanması və izlənməsi, həmçinin dənizdə müşahidə və nəzarət imkanlarının genişləndirilməsi üçün nəzərdə tutulub.

Qeyd edilir ki, qərar Türkiyə ilə Egey və Şərqi Aralıq dənizində davam edən fikir ayrılıqları və regional gərginlik şəraitində qəbul olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV