Modern.az

Ukraynaya 3,4 milyard dollar ayırılacaq

Ukraynaya 3,4 milyard dollar ayırılacaq

Dünya

26 İyun 2026, 05:48

Dünya Bankı Ukraynaya 3,39 milyard dollar həcmində kredit və qrant ayıracaq.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, vəsait dövlət büdcəsinin prioritet xərclərinin maliyyələşdirilməsi və makromaliyyə sabitliyinin qorunmasına yönəldiləcək.

Paketə Böyük Britaniya və Yaponiyanın zəmanəti ilə ayrılan 1,04 milyard dollarlıq kredit, həmçinin "F.O.R.T.I.S. Ukraine FIF" fondundan 2,35 milyard dollarlıq qrant daxildir.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Ukrayna Tatarıstanı bombaladı