Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini rəsmi şəkildə bir il uzadıb.
Modern.az xəbər verir ki, bu barədə Şuranın açıqlamasında bildirilir: “Aİ sammitinin qərarına uyğun olaraq, Rusiyaya qarşı iqtisadi sanksiyaların müddəti bir il uzadılıb”.
18–19 iyun tarixlərində Brüsseldə keçirilən zirvə görüşündə Aİ liderləri Rusiyaya qarşı əsas iqtisadi sanksiyaların müddətinin 2014-cü ildən bəri tətbiq olunan hər altı aydan bir uzadılması praktikasından imtina edərək, bundan sonra onların ildə bir dəfə uzadılması barədə qərar qəbul ediblər.