Modern.az

Araqçıdan amerikalı nazir barədə tənqidi paylaşım

Araqçıdan amerikalı nazir barədə tənqidi paylaşım

Dünya

Bu gün, 11:54

ABŞ-nin daxili təhlükəsizlik naziri beynəlxalq turnirlərin keçirilməsinə rəhbərlik etmək üçün yetərli deyil.

Modern.az xəbər verir ki, bu barədə İran xarici işlər Naziri Abbas Araqçi X hessabı üzərindən etdiyi paylaşımda yazıb.

“ABŞ-nin daxili təhlükəsizlik naziri beynəlxalq turnirlərin keçirilməsinə rəhbərlik etmək üçün yetərli deyil.Cənab Mallin, siz öz missiyanızı uğurla yerinə yetirdiniz”,- deyə Araqçi yazıb.

ABŞ-nin daxili təhlükəsizlik naziri Mark Ueyn Mallin isə İran milli komandasının dünya çempionatından kənarlaşdırılması ilə bağlı qərarı şərh edərkən nəticədən “sevincdən rəqs etdiyini” bildirib.

İran XİN rəhbəri isə qeyd edib ki, bu cür davranış böyük beynəlxalq idman tədbirlərinin təşkilindən qazanılan nüfuz və etibarın zədələnməsinə nümunədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada