Rusiyada yanacaq qıtlığı fonunda hökumət aylıq 400 min tona qədər benzin idxal etməyi planlaşdırır. İdxalın əsas mənbələrindən birinin Hindistan olacağı bildirilir.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, nəzərdə tutulan həcmdə benzin idxalı Rusiyaya hər ay təxminən 29-33 milyard rubla başa gələ bilər.
Ekspertlərin hesablamalarına əsasən, dövlət subsidiyalarının saxlanılması və ölkədə kəskin yanacaq qıtlığının yaranmaması halında belə, idxal olunan benzinin yanacaqdoldurma məntəqələrində satış qiyməti logistika və əlavə xərclər səbəbindən təxminən 90 rubl/litr səviyyəsində ola bilər.
Qeyd olunur ki, Rusiya son aylarda yanacaq bazarında yaranan gərginlik, neft emalı zavodlarında istehsalın azalması və logistik problemlər fonunda daxili tələbatı qarşılamaq üçün idxal imkanlarını genişləndirməyə çalışır.