Modern.az

Xamenei ilə vidalaşmaqdan imtina etdi

Xamenei ilə vidalaşmaqdan imtina etdi

Dünya

Bu gün, 10:44

Hindistanın Baş naziri Narendra Modi İranın mərhum lideri Seyyid Əli Xameneinin dəfn və vida mərasiminə qatılmayacaq.

Modern.az xəbər verir ki, İran Prezidenti ilə Modi iyunun 30-da İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

İran Prezidenti Məsud Pezeşkian Narendra Modini Tehranda keçiriləcək dəfn mərasimində iştirak etməyə dəvət edib. Lakin Hindistanın Baş naziri buna müsbət cavab verməyib.

Məlumata əsasən, Hindistanı dəfn mərasimində Bihar ştatının qubernatoru, istefada olan general-leytenant Seyid Ata Hasnainin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Heyətin tərkibində Hindistanın xarici işlər üzrə dövlət naziri Pabitra Marqerita da yer alacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada