Modern.az

Türk muxtariyyətinin daha bir səlahiyyəti əlindən alındı

Türk muxtariyyətinin daha bir səlahiyyəti əlindən alındı

Dünya

Bu gün, 16:56

Moldova Konstitusiya Məhkəməsi Qaqauziya Muxtar Vilayətinin Mərkəzi Seçki Komissiyasını müstəqil şəkildə formalaşdırmaq və seçkilər keçirmək hüququnu ləğv edib.

Modern.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Konstitusiya Məhkəməsinin sədri Domnika Manole bildirib ki, məhkəmə Qaqauziya parlamentinə muxtariyyətin MSK-sını müstəqil formalaşdırmaq səlahiyyəti verən müddəaları Konstitusiyaya zidd hesab edib.

Onun sözlərinə görə, Moldova ərazisində keçirilən bütün seçki prosesləri ölkənin Seçki Məcəlləsinə uyğun olmalıdır və həmin normalar üstün hüquqi qüvvəyə malikdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...