Qazaxıstan Daxili İşlər Nazirliyi ölkədən yanacağın qanunsuz çıxarılmasının qarşısını almaq məqsədilə Rusiya ilə sərhəddə 59 polis postu yaradıb.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Bildirilib ki, qüvvədə olan qaydalara əsasən, ölkədən yalnız avtomobilin çəninin tutumu qədər yanacağın çıxarılmasına icazə verilir. Əlavə çənlərdə və ya digər üsullarla yanacağın daşınması qadağandır.
Məlumata görə, ilin əvvəlindən bəri avtomobillərində qanunsuz quraşdırılmış əlavə yanacaq çənləri olan 255 nəqliyyat vasitəsi aşkarlanıb.
Qazaxıstan hakimiyyəti sərhəddə nəzarətin gücləndirilməsinin əsas məqsədinin yanacağın qanunsuz ixracının qarşısını almaq olduğunu bildirib.