Modern.az

NATO sammitinin aşpazı: “Liderlər üçün Anadolu menyusu hazırladıq”

NATO sammitinin aşpazı: “Liderlər üçün Anadolu menyusu hazırladıq”

Dünya

9 İyul 2026, 23:32

Türkiyədə keçirilən NATO sammiti çərçivəsində təşkil olunan rəsmi dövlət qəbulunda qonaqlara Anadolu mətbəxinin seçilən təamlarını təqdim etdik.

Modern.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə sammitin rəsmi ziyafətinin hazırlanmasında iştirak edən aşpaz Sinem Özler bildirib.

Onun sözlərinə görə, NATO sammiti ilə bağlı hazırlıqlar səkkiz ay əvvəl başlayıb. Sinem və komandası isə prosesə təxminən 45 gün əvvəl qoşulub.

“Bizə müxtəlif kateqoriyalar üzrə rəsmi qəbul menyuları ilə bağlı tapşırıqlar verildi. Təxminən bir ay yarım ərzində keçirilən görüşlərdə menyularımızı və təqdimatlarımızı nümayiş etdirdik”, – deyə o, bildirib.

Aşpaz vurğulayıb ki, Türkiyənin birinci xanımı Əminə Ərdoğan rəsmi qəbulun təşkili və qonaqların qarşılanması məsələləri ilə şəxsən maraqlanıb.

“Bir qadın aşpaz kimi bu dəvəti qəbul etmək mənim üçün böyük qürurdur”, – deyə o vurğulayıb.

Özlerin sözlərinə görə, əsas məqsəd qonaqlara türk mətbəxini və ölkənin mədəniyyətini tanıtmaq olub. O, əlavə edib ki, sammitin keçirildiyi 7–8 iyul tarixləri həm Külliyə komandası həm də aşpazlar üçün həyəcanlı və məsuliyyətli keçib.

Aşpaz menyuda olan xüsusi yeməklərdən də danışıb. Bildirib ki, içli köftə və balqabaq çiçəyi dolması onların xüsusi hazırladıqları təamlar olub. Bundan başqa menyuda Urla bölgəsindən gətirilən ənginar da təqdim edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...