Modern.az

Azərbaycan şirkətləri Ermənistana yüz minlərlə avro ödəyib

Azərbaycan şirkətləri Ermənistana yüz minlərlə avro ödəyib

Dünya

10 İyul 2026, 10:20

2025-ci il ərzində Azərbaycan aviaşirkətləri Ermənistanın hava məkanından həyata keçirdikləri uçuşlara görə "Armaeronaviqasiya" şirkətinə 434 min 316 avro ödəyib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin NEWS.am-ın sorğusuna cavabında bildirilib.

Məlumata görə, ödənişlər müəyyən edilmiş prosedura uyğun olaraq Avropanın Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) mərkəzi ofisi vasitəsilə həyata keçirilib.

Qeyd edilib ki, "Armaeronaviqasiya" QSC Ermənistanın hava məkanında aeronaviqasiya xidmətlərinin göstərilməsinə cavabdeh qurumdur.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...