Modern.az

Türkiyədə yola Paşinyanın adı verildi - FOTO

Türkiyədə yola Paşinyanın adı verildi - FOTO

Dünya

10 İyul 2026, 11:11

Türkiyə-Ermənistan sərhədində, Araz çayı sahilində yerləşən yola xəritələrdə qeyri-rəsmi şəkildə Ermənistanın Baş naziri Nikol Paşinyanın adı ilə işarələnib.

Modern.az xəbər verir ki, söhbət Ermənistanla sərhəddə yerləşən Marqara keçid məntəqəsi ilə üzbəüz, Türkiyə tərəfdəki ərazidən gedir.

Məlumata görə, "Nikol Paşinyan yolu" adı heç bir rəsmi qərarla verilməyib. İddialara əsasən, bu ad istifadəçilərdən biri tərəfindən Google Maps sisteminə əlavə edilib və avtomatik moderasiyadan keçib.

Qeyd olunur ki, müxtəlif ölkələrdə istifadəçilər bəzən xəritə platformalarında müəyyən obyektlərin adlarını qeyri-rəsmi şəkildə dəyişməyə cəhd göstərirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!