Modern.az

Samvel Karapetyanın ev dustaqlığı iki ay uzadılıb

Samvel Karapetyanın ev dustaqlığı iki ay uzadılıb

Dünya

10 İyul 2026, 11:17

Ermənistanın müxalif "Güclü Ermənistan" blokunun lideri Samvel Karapetyanın ev dustaqlığının müddəti daha iki ay uzadılıb.

Modern.az xəbər verir ki, "Armenpress"in məlumatına görə, iyulun 9-da Samvel Karapetyan barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə iclası keçirilib.

İttiham tərəfi ev dustaqlığının üç ay uzadılmasını tələb etsə də, məhkəmə onun iki ay müddətinə uzadılması barədə qərar qəbul edib.

Hakim həmçinin bildirib ki, ev dustaqlığı dövründə Samvel Karapetyanın cinayət işi üzrə əvvəlki məhkəmə qərarlarında adı göstərilən şəxslərlə əlaqə saxlaması qadağandır. Digər şəxslərlə ünsiyyətinə isə icazə verilir.

Sizə yeni x var
Keçid et
Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!