Modern.az

Ukrayna Rusiyaya qarşı yeni komandanlıq yaradıb

Ukrayna Rusiyaya qarşı yeni komandanlıq yaradıb

Dünya

10 İyul 2026, 22:12

Ukrayna Silahlı Qüvvələrində Rusiyaya uzaqmənzilli zərbələrin koordinasiyası ilə məşğul olacaq yeni xüsusi komandanlıq yaradılıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Onun sözlərinə görə, yeni qurum Uzaqmənzilli Təsir Komandanlığı adlanır və əsas fəaliyyəti Rusiya ərazisindəki hədəflərə zərbələr həyata keçirməkdir.

Zelenski bununla yanaşı Birləşmiş Çevik Reaksiya Qüvvələrinin də yaradıldığını açıqlayıb. Bildirilib ki, yeni struktur qüvvələri bir komandanlıq altında birləşdirəcək.

Qüvvələrin komandanı Ukraynanın Milli Qəhrəmanı, briqada generalı Dmitri Voloşin təyin olunub.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...