Modern.az

Müharibənin acı statistikası: 532 meyit təhvil verildi

Müharibənin acı statistikası: 532 meyit təhvil verildi

Dünya

Bu gün, 14:02

Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi həyata keçirilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi müxbir Aleksandr Kots məlumat yayıb.

Onun sözlərinə görə, mübadilə çərçivəsində Ukrayna tərəfinə 501 həlak olmuş hərbçinin meyiti təhvil verilib. Rusiya isə qarşı tərəfdən 31 hərbçinin nəşini qəbul edib.

Məlumata görə, iyulun 4-də Rusiya Müdafiə Nazirliyi Konstantinovka istiqamətində atəşin müvəqqəti dayandırılmasını təklif etmişdi. Təklifə əsasən, iyulun 6-da Moskva vaxtı ilə saat 12:00-dan 18:00-dək humanitar məqsədlərlə atəşkəs elan olunmalı və həlak olan hərbçilərin cəsədlərinin təhvil verilməsi təmin edilməli idi.

Qeyd edək ki, tərəflər son aylarda bir neçə dəfə meyit mübadiləsi həyata keçiriblər. İyunun 18-də Rusiya Ukraynaya 522, Ukrayna isə Rusiyaya 33 hərbçinin meytini təhvil vermişdi. Mayın 15-də keçirilən mübadilə zamanı Moskva 526, Kiyev isə 41 hərbçinin nəşini qarşı tərəfə qaytarmışdı.

Aprelin 9-da baş tutan mübadilədə isə Rusiya Ukraynaya 1000 hərbçinin meytini təhvil vermiş, Ukrayna isə 41 rusiyalı hərbçinin nəşini geri qaytarmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi