Modern.az

Rus əsgərinin ömrü 30 dəqiqədir - şok açıqlama

Rus əsgərinin ömrü 30 dəqiqədir - şok açıqlama

Dünya

Bu gün, 14:26

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Rusiyanın Ukrayna müharibəsində ağır itkilər verdiyini iddia edib.

Modern.az xəbər verir ki, bu barədə o, ABŞ kəşfiyyatının qiymətləndirmələrinə istinadən danışıb.

Retkliffin sözlərinə görə, rusiyalı yeni çağırılmış hərbçilərin ön cəbhədə orta sağ qalma müddəti cəmi 20-30 dəqiqə təşkil edir.

MKİ rəhbəri bunun əsas səbəblərindən birinin Ukraynanın süni intellekt texnologiyaları ilə təchiz edilmiş zərbə pilotsuz uçuş aparatları olduğunu bildirib. O qeyd edib ki, bu dronlar "ucuz və yüksək effektiv məhvetmə vasitələrinə" çevrilib.

ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya hər həftə təxminən 7 min hərbçi itirir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə daha əvvəl bildirmişdi ki, döyüş meydanında məhv edilən hədəflərin 80 faizindən çoxu pilotsuz uçuş aparatlarının payına düşür.

Məlumata görə, yaranmış vəziyyət fonunda ABŞ və müttəfiqləri Ukraynanın pilotsuz uçuş aparatları proqramlarının maliyyələşdirilməsini artırmağı, həmçinin süni intellekt sahəsində əməkdaşlığı genişləndirməyi nəzərdən keçirirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi