Modern.az

Türkiyədə məşhur aparıcı saxlanıldı

Türkiyədə məşhur aparıcı saxlanıldı

Dünya

Bu gün, 09:32

Türkiyənin tanınmış aparıcısı, sosial media fenomeni və Babala TV platformasının rəhbəri Oğuzhan Uğur saxlanılıb.

Modern.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, saxlanıldıqdan sonra istintaqa cəlb olunub.

Hələlik saxlanılma qərarının səbəbi və istintaqın əhatə dairəsi ilə bağlı rəsmi açıqlama verilməyib. Yerli media Oğuzhan Uğurun saxlanılmasının AHBAP dərnəyi ilə bağlı aparılan araşdırma çərçivəsində həyata keçirildiyini yazır.

Qeyd edək ki, bundan əvvəl AHBAP dərnəyinin rəhbəri, müğənni və xeyriyyəçi Haluk Leventin saxlanılması barədə xəbərlər yayılmışdı.

Oğuzhan Uğur həmin xəbərlərdən sonra sosial media hesabında paylaşım edərək öz fəaliyyəti ilə bağlı açıqlama vermişdi.

O bildirib ki, nə dərnək, nə də fond rəhbəridir və buna görə də ianə toplamaq səlahiyyətinə malik deyil:

"Mən dərnək və ya fond deyiləm. Buna görə də pul toplaya, ianə qəbul edə bilmərəm. Bu günə qədər etdiyim bütün yardımları öz vəsaitim hesabına etmişəm. Bunu yazmağa məcbur qalmaq belə məni narahat edir. Amma yazmayanda da fərqli yozumlar ortaya çıxır."

Oğuzhan Uğur paylaşımında cəmiyyətdə etimad böhranının dərinləşməsindən narahat olduğunu da vurğulayıb:

"Bu xalq illərdir məyusluqlardan bir qala qurub. Güvən anlayışı artıq demək olar ki, nostalji bir məfhuma çevrilib. Ümid edirəm ki, bu xəbərlər həmin qalanın üzərinə yeni bir daş əlavə etməz və bizi etimad hissindən daha da uzaqlaşdırmaz."

Whatsapp
Bizə yazın!
Keçid et
Trampın bütün hotelləri vurulacaq! - İrandan şok xəbərdarlıq