Modern.az

Zelenski azərbaycanlı məmuru işdən çıxardı

Zelenski azərbaycanlı məmuru işdən çıxardı

Dünya

Bu gün, 11:40

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonu vəzifəsindən azad edib.

Modern.az xəbər verir ki, bu barədə UNN məlumat yayıb.

Xatırladaq ki, Timur Tkaçenko 2024-cü il dekabrın 31-də Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilmişdi. Bundan əvvəl o, Ukraynanın İcmaların və Ərazilərin İnkişafı Nazirinin müavini vəzifəsində çalışıb, həmçinin “Ukrpoçta”nın Müşahidə Şurasının üzvü olub.

Qeyd edək ki, 1989-cu ildə anadan olan Timur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur. Onun atası 2023-cü ildə vəfat edib. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCLİ! Rusiyada qarşıdurma - Əhali etirazlara başladı