Ankara Regional Ədliyyə Məhkəməsinin 36-cı Mülki Kollegiyası Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultay işi üzrə qərarı kassasiya baxışı üçün Ali Məhkəməyə göndərib.
Modern.az xəbər verir ki, qərara əsasən, “mütləq etibarsızlıq” səbəbilə Özgür Özəl və partiya rəhbərliyinin müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılması, Kamal Kılıçdaroğlu və onun rəhbərlik etdiyi komandanın isə partiyanın idarəçiliyini öz üzərinə götürməsi məsələsinə baxılıb.
Qeyd edək ki, Ankara Regional Ədliyyə Məhkəməsinin 36-cı Mülki Kollegiyası mayın 21-də CHP-nin 2023-cü il noyabrın 4-5-də keçirilmiş 38-ci Qurultayının ləğvi ilə bağlı məhkəmə işinə baxaraq qərar qəbul edib.
İş üzrə tərəflərin qərardan verdiyi şikayətlərdən sonra məhkəmə dosyeni kassasiya baxışı üçün Türkiyə Ali Məhkəməsinin 3-cü Mülki Kollegiyasına göndərib.
İş materiallarının Ali Məhkəmənin 3-cü Mülki Kollegiyasına daxil olmasından sonra kassasiya baxışı keçiriləcək və CHP-nin qurultay işi ilə bağlı yekun qərar qəbul ediləcək.