İspaniyanın Baş naziri Pedro Sançes İspaniya və Argentina milli komandaları arasındakı final oyununu stadiondan izləyəcək.
Modern.az xəbər verir ki, bu barədə İspaniya hökumətindəki mənbələr məlumat yayıb.
Sançes iyulun 18-də Nyu-Yorkdakı “MetLife” stadionunda keçiriləcək final matçını izləmək üçün ABŞ-yə səfər edəcək. O, qarşılaşmanı İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə birlikdə VIP lojada izləyəcək.
Mənbələrin məlumatına görə, Pedro Sançesi səfərdə həyat yoldaşı Beqonya Qomes müşayiət etməyəcək.
Sançes final matçı başa çatdıqdan dərhal sonra Əlcəzairə yollanacaq və bazar ertəsi bu ölkədə rəsmi görüşlər keçirəcək.
Qeyd edək ki, bu, Pedro Sançesin turnirin son mərhələsində İspaniya millisinin oyununda iştirakının sual altında qaldığı ilk hal deyil. Baş nazir çərşənbə axşamı Arlinqtonda Fransa ilə keçirilən yarımfinal matçına da getməyib. Həmin gün Sançes Parisdə olub, Bastiliya Günü tədbirlərində iştirak edib və Fransa paytaxtının meri ilə görüşüb.