Böyük Britaniyada hakim Leyboristlər Partiyasının yeni lideri müəyyənləşib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Mançesterin sabiq meri və İcmalar Palatasının deputatı Endi Börnhem Leyboristlər Partiyasının sədri seçilib.
Partiyanın xüsusi konfransında nəticələri Milli İcraiyyə Komitəsinin sədri Şabana Mahmud elan edib.
Endi Börnhem 2017-2026-cı illərdə Böyük Mançester şəhərinin meri, hazırda isə İcmalar Palatasının üzvüdür.
Qeyd edək ki, Leyboristlər Partiyası hazırda hakimiyyətdə olduğundan, Endi Börnhem Böyük Britaniyanın yeni baş naziri olacaq.