Modern.az

İranın iyul hücumlarında 100 ABŞ hərbçisi yaralanıb

İranın iyul hücumlarında 100 ABŞ hərbçisi yaralanıb

Dünya

Bu gün, 09:18

ABŞ rəsmilərinin məlumatına görə, iyul ayında İranın Yaxın Şərqdə yerləşən hərbi bazalara endirdiyi çoxsaylı hava zərbələri nəticəsində təxminən 100 amerikalı hərbçi xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Pentaqonun sözçüsü Şon Parnell bildirib ki, iyulun 7-dən etibarən təxminən 100 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.

Onun sözlərinə görə, xəsarət alanların 96 faizi artıq yenidən xidmətə qayıdıb və vəzifələrini icra etməyə başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR