Modern.az

Krasnodara PUA hücumu: Ölən və yaralananlar var

Krasnodara PUA hücumu: Ölən və yaralananlar var

Dünya

22 İyul 2026, 13:18

Rusiyanın Krasnodar diyarına pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı bir nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə bölgənin qubernatoru Veniamin Kondratyev məlumat verib.

Onun sözlərinə görə, dron hücumu nəticəsində Armavirdə "Wildberries" anbarının əməkdaşı həlak olub.

"Yaralılardan üçünün vəziyyəti ağır, birinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir. Onlar şəhər xəstəxanalarına yerləşdiriliblər. Digər altı nəfərə isə yerindəcə ambulator tibbi yardım göstərilib", - deyə qubernator bildirib.

Həmçinin Krasnodarda iki çoxmənzilli binaya, Dinskaya yaşayış məntəqəsində isə iki fərdi evə PUA qalıqları düşüb, xəsarət alan yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi