Modern.az

Mixail Drapatının ailəsi: Ukraynanın yeni baş komandanın xanımı kimdir?

Mixail Drapatının ailəsi: Ukraynanın yeni baş komandanın xanımı kimdir?

Dünya

Bu gün, 17:30

Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən Silahlı Qüvvələrin baş komandanı təyin edilən Mixail Drapatının ailəsi ilə bağlı bəzi məlumatlar açıqlanıb.

Modern.az xəbər verir ki, general-mayor Mixail Drapatı həyat yoldaşı Yuliya Drapatı ilə birlikdə iki uşaq böyüdür. Cütlük şəxsi həyatını ictimaiyyətdən uzaq saxlamağa üstünlük verir, sosial şəbəkələrdə ailə fotoları paylaşmır.

Ukrayna ictimaiyyəti Yuliya Drapatanı ilk dəfə 2014-cü ilin avqustunda yayımlanan televiziya reportajında görüb. Həmin vaxt Mixail Drapatı Donbasdakı antiterror əməliyyatı zonasında 72-ci əlahiddə mexanikləşdirilmiş briqadanın 2-ci mexanikləşdirilmiş batalyonuna komandanlıq edirdi və mühasirədə qalan 260 hərbçini döyüş bölgəsindən çıxarmışdı.

Reportaj zamanı Drapatı qucağında oğlu İvanla müsahibə vermişdi. Hazırda ailənin iki övladı var – İvanın Anna adlı bacısı da böyüyür. Uşaqlar da valideynləri kimi ictimaiyyətdən uzaq həyat sürürlər.

Məlumata görə, Yuliya Drapatı Vinnitsa Davamlı Təhsil Akademiyasının məzunudur. O, hazırda Belaya Tserkov şəhərindəki Sergey Tomaşuk adına 5 saylı İncəsənət Məktəbində müəllim işləyir, eyni zamanda "Aleksandriya" bandura ifaçıları ansamblının üzvüdür.

Qeyd edək ki, Mixail Drapatı yeni vəzifəsinin icrasına artıq başlayıb. O, ilk açıqlamasında Baş Qərargah rəisi vəzifəsinə general-mayor İqor Skibyukun təyin ediləcəyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi