Modern.az

Rusiyaya məxsus tanker saxlanıldı

Rusiyaya məxsus tanker saxlanıldı

Dünya

22 İyul 2026, 18:30

Avropa İttifaqı Rusiyanın "kölgə donanması"na təzyiqləri artırır.

Modern.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində məlumat verib.

O qeyd edib ki, Aİ Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizindəki "EUNAVFOR_MED IRINI" əməliyyatı çərçivəsində saxta bayraq altında üzməkdə şübhəli bilinən "MV SOUTH STAR" neft tankeri saxlanılıb:

"Saxta bayraq altında üzmək beynəlxalq dəniz hüququnun kobud şəkildə pozulmasıdır və bu cür hallar Rusiyanın hərbi maşınının fəaliyyətini təmin etməyə xidmət edir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab