Modern.az

Konqres İran müharibəsinə son qoyan qətnaməni təsdiqlədi

Konqres İran müharibəsinə son qoyan qətnaməni təsdiqlədi

Dünya

23 İyul 2026, 21:01

ABŞ-nin Nümayəndələr Palatası Prezident Donald Trampdan İrana qarşı hərbi əməliyyatlara son qoymağı tələb edən qətnaməni təsdiqləyib.

Modern.az xəbər verir ki, ümumilikdə qətnamənin lehinə 214, əleyhinə 208 səs verilib.

Təşəbbüs Konqresin aşağı palatasında hakim Respublikaçılar Partiyasını təmsil edən dörd üzv tərəfindən də dəstəklənib.

Qeyd edək ki, ABŞ Konstitusiyası müharibə elan etmək səlahiyyətini Prezidentə deyil, Konqresə verib. Bununla belə, son onilliklərdə ABŞ liderləri əməliyyatlara başlamaq səlahiyyətindən istifadə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi