Beynəlxalq insan hüquqları təşkilatı Amnesty International İsrailin Baş naziri Benyamin Netanyahunun həbs olunmasına çağırıb. Modern.az xəbər verir ki, təşkilatın nümayəndəsi Erika Gevara Rosas bu barədə "Əl-Cəzirə" telekanalına açıqlamasında bildirib.
O qeyd edib ki, ABŞ hakimiyyəti insan hüquqlarını qorumalı və qanunun aliliyinə hörmət etməlidir.
"ABŞ hakimiyyəti insan hüquqlarını müdafiə etməli və qanunun aliliyinə hörmət etməlidir", - deyə Rosas vurğulayıb.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) 2024-cü ildə Benyamin Netanyahu barəsində Qəzza zolağında törədildiyi iddia olunan hərbi cinayətlərə görə həbs qərarı çıxarmışdı.