Modern.az

İraqda ABŞ Baş Konsulluğu yaxınlığında PUA vuruldu

İraqda ABŞ Baş Konsulluğu yaxınlığında PUA vuruldu

Dünya

25 İyul 2026, 19:03

İraqın hava hücumundan müdafiə qüvvələri ölkənin şimalında yerləşən Ərbil şəhərində pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Modern.az xəbər verir ki, bu barədə Reuters təhlükəsizlik sahəsindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə İraqın muxtar Kürdüstan regionunun paytaxtı Ərbildə yerləşən ABŞ Baş Konsulluğunun yaxınlığında baş verib. Hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan PUA-nın mənşəyi və hədəfi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Hadisə nəticəsində dağıntı və ya xəsarət alanların olduğu barədə məlumat verilməyib.

İraq rəsmiləri və ABŞ tərəfi insidentlə bağlı hələlik rəsmi açıqlama yaymayıblar.

Sizə yeni x var
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri