Modern.az

Britaniya Ukraynada sınaqdan keçirilmiş dronları alır 

Britaniya Ukraynada sınaqdan keçirilmiş dronları alır 

Dünya

25 İyul 2026, 20:28

Ukrayna Silahlı Qüvvələri tərəfindən sınaqdan keçirilmiş "AR5" kəşfiyyat dronu Böyük Britaniya ordusunun ehtiyatına daxil ediləcək.

Modern.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "AR5" Böyük Britaniya Silahlı Qüvvələri tərəfindən 2014-cü ildən istifadə olunan köhnəlmiş "Watchkeeper" dronlarını əvəz edəcək. Yeni dronların ilin sonunadək hərbçilərə təhvil verilməsinə başlanılacaq. İlkin müqavilə 6 ədəd "AR5" aparatının təhvil verilməsini nəzərdə tutur. Ümumilikdə isə 2029-cu ilə qədər Britaniya ordusuna 24-ə qədər belə aparatın daxil olması planlaşdırılır.

Pilotsuz uçuş aparatları "Tekever" şirkətinin Suindon şəhərində yaxın vaxtlarda fəaliyyətə başlayacaq müəssisəsində istehsal olunacaq. Müqavilənin dəyəri 400 milyon funt-sterlinq həcmində qiymətləndirilir.

Sizə yeni x var
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri